30 İyul 2017 17:00
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Pakistan Müsəlman Liqası” partiyasının parlament fraksiyası Pəncab vilayətinin baş naziri Şahbaz Şərifi ötən cümə günü Pakistanın Baş naziri postundan istefa vermiş böyük qardaşı Nəvazın rəsmi varisi elan edib. Nəvaz Şərif Ali Məhkəmənin onu korrupsiyada şübhəli bilərək tutduğu vəzifədən kənarlaşdırmaq barədə qərarından sonra istefa verib.

Axar.az xəbər verir ki, Nəvaz Şəriflə bağlı korrupsiya təhqiqatının təşəbbüskarı olan “Təhriki-İnsaf” müxalifət partiyasının lideri İmran Xan Pakistan siyasətində ailə sülaləçiliyini tənqid edərək deyib: “Siyasi partiyaların daxilində demokratiya yoxdur. Onlar ailə partiyalarıdır. Əslində onları ailələr yönləndirir. Bu, bir növ monarxiyadır. Nəvaz Şərifin varisi onun qardaşı Şahbaz olacaq. Lakin problem ondadır ki, Şahbaz özü də korrupsiyaya bulaşıb”.

Şahbaz Şərif vəzifəyə başlamaq üçün əvvəlcə parlamentdə seçilməlidir. Bunun üçün 45 günə yaxın vaxt lazım gələcək. Həmin müddətdə Pakistan hökuməti başçısının səlahiyyətlərini neft və təbii ehtiyatlar naziri Şahid Hakkan Abbasi icra edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər