Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Mayk Pens və xanımı Karen Pensi hava limanında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qarşılayıb.
M. Pens sabah Gürcüstan rəsmilərilə görüşəcək, NATO-nun “Layiqli tərəfdaş 2017” təlimlərini izləyəcək.
Qeyd edək ki, Pens ötən gün Estoniyaya səfər edib. Gürcüstandan sonra vitse-prezident Montoneqroya yollanacaq.