Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan hökumətinin sözçüsü Anuar Jaynakov deyib:
"Qahirədə 6 qazaxıstanlı tələbənin itkin düşməsindən 12 gün ötür. İyulun 19-dan 20-nə keçən gecə onlar Misir xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ancaq bu günə qədər Astanaya heç bir rəsmi məlumat daxil olmayıb. Biz vətəndaşlarımızın taleyindən narahatıq və onların saxlanılma səbəblərinin açıqlanmasını tələb edirik".
O əlavə edib ki, Misir hökuməti ilə aparılan danışıqlar heç bir nəticə verməyib: "Bu səbəbdən Qahirəyə etiraz notası təqdim etmişik".