Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, məlumatı Qətər Müdafiə Nazirliyi açıqlayıb.
Açıqlamaya görə, ötən həftənin bazar ertəsi Qətərin Dəniz Qüvvələri komandanı Məhəmməd bin Nasir əl-Mühəmmədi paytaxt Dohanın cənub-şərqindəki Hamid limanına gələrək Türkiyə hərbi gəmisini ziyarət edib.
Qeyd edək ki, Türkiyə Dəniz Donanmasının 214 nəfərlik hərbi heyəti bir hərbi gəmi ilə ötən bazar ertəsi Hamid limanına yan alıb.