Teleqraf.com “Yerusalem Post”a istinadla xəbər verir ki, Mərakeşdən olan milyarder Mark Lesrinin 24 yaşlı qızı Sofinin başqa bir milyarder Henri Suiekinin oğlu Alekslə nikah mərasimi Nyu Yorkda sinaqoqda baş tutub.
Toyun əyləncəli hissəsi isə mehmanxanaların birində davam edib.
Bill və Hillari Klinton cütlüyü mərasimə yəhudi ənənəsinə uyğun geyimdə qatılıblar. Məlumatlara görə, Mark Lesri prezdent seçkiləri zamanı Hillari Klintonun kampaniyasına maliyyə yardımı göstərib.
Toyda diqqət çəkən qonaqlar sırasında Trampın qızı, məşhur müğənni Cenifer Lopez və həyat yoldaşı, Klintonun köməkçisi Huma Abedin də olub.