9 Avqust 2017 10:13
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında yerləşən ABŞ-a məxsus hərbi bazaya raketlər atacağını bəyan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar “Xvason-12” orta və uzaq mənzilli raketlər vasitəsilə həyata keçiriləcək:

“Hazırda Şimali Koreyadan olan mütəxəssislər hücumun strateji tərəflərini araşdırırlar. KXDR lideri Kim Çen İn sərəncam versə, Quam adası yerlə yeksan ediləcək”.

Bu qərar ABŞ Prezidenti Donald Trampın Şimali Koreyaya qarşı sərt tədbirlərin həyata keçiriləcəyini bildirməsindən sonra verilib.

Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə “Xvason-14” ballistik raketini sınaqdan keçirib. Raketlər 681 kilometr hündürlükdə 47 dəqiqəyə 732 kilometr məsafəni qət edib.


Müəllif: Samir