Ağ Evdə Sənət Komitəsinin 16 üzvü istefa bəyanatı verib.
Teleqraf.com-un məlumatına görə, istefa verənlər bu addımı Donald Trampa etiraz əlaməti olaraq atdıqlarını bildiriblər.
Məlumata görə, Sənət Komitəsi sənətçilər, yazar və memarlardan təşkil olunub. Onların istefasına ölkə prezidentinin Şarlottsvill şəhərində ultrasağçıların əməllərinə olduqca yumşaq münasibət göstərməsi səbəb olub.
Komitə üzvləri Trampa yazdıqları birgə məktubda “Şarlottsvilldə amerikalıları öldürən və yaralayan nifrət qruplarına və terrorçulara dəstək verdikdən sonra mümkün olan ən güclü qınama və ittiham etmək gərəkdir” deyə bildiriblər.
Qeyd edək ki, dünən Donad Trampın siyasi və strateji məsələlər üzrə baş müşaviri, ultrasağçı kimi tanınan Stiven Bennon da istefa vermişdi.