Mərakeş kralı VI Məhəmməd terrorçuluqda ittiham olunan 415 məhbusu əfv edib.
Teleqraf.com “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Kralın əfv qərarı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar verilib.
Məhkumlar rəsmi olaraq milli dəyərlərə sadiq olduqlarını bildirərək, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər.
Kralın əfv etdiyi məhkumlar arasında 2003-cü ildə Kasablankada törədilmiş terror aktına görə həbs edilənlərin da olduğu bildirilir.
Qeyd edək ki, kral iyulun sonunda etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu da əfv etmişdi.