İspaniya elm adamları tamamilə təsadüfən yeni bir dərman tapıb.
Teleqraf.com xəbər verir ki, İspaniya elm adamlarının tapdığı dərman xərçəngə qarşı preparatların təkcə saç tökülməsinə səbəb olan əks-təsirlərini aradan qaldırmır, eləcə də ağarmış saçları öz əvvəlki rənginə qaytarır.
İspaniya elm adamları bunu yaşı 70-i ötmüş 14 nəfərlə başladıqları dərman testində kəşf ediblər. Doktor Rivera tam təsadüf nəticəsində tapılan ağ saç dərmanını problemin tam həlli hesab etməsə də, dəqiq olan odur ki, uğurlu araşdırmalar davam edəcək.