İraq ordusu Təlafər şəhərini İŞİD-dən azad etmək üçün əməliyyatları davam etdirir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ordu bu gün şəhərin mərkəzinə qədər irəliləyib.
Şəhərdə 10 minə yaxın insan yaşayır. 16 iyun 2014-cü ildə Təlafərin işğal edilməsindən öncə burada 200 min nəfər yaşayırdı.
Qeyd edək ki, Təlafər hazırda İŞİD işğalında olan ən böyük şəhərdir.