3 Sentyabr 2017 15:58
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda türkmənlərin yaşadığı Mosulun idarəçiliyində olan Telafər şəhərinin İŞİD-dən azad edilməsi zamanı İraq ordusu 115 əsgərini itirib, 679 nəfər isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Telafər əməliyyatına rəhbərlik edən İraq ordusunun general-leytenantı Əbdüləmir Yarullah deyib.

20 avqustda başlayan hərbi əməliyyatlar barədə danışan general əlavə edib ki, əməliyyat zaman İŞİD-in 2 min üzvü öldürülüb.

O, Teləfər əməliyyatı zamanı İŞİD rəhbərliyi ilə “qarşıdurmadan öncə ərazini tərk etmələri haqqında razılaşma əldə olunduğu” haqqında iddiaları rədd edib: “Heç bir terrorçu bizə təslim olmadı və terrorçularla hər hansı bir razılaşma əldə edilmədi”.

Hazırda İraq ordusunun Kərkükə bağlı Havice mahalını İŞİD-dən geri almaq üçün əməliyyata hazırlaşdığını bildirən general Yarullah deyib ki, Havcie, Tiqritə bağlı Şirgat və Enbarın qərbini İŞİD-dən geri alacaqlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər