3 Sentyabr 2017 21:10
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiyanın bağlanmış diplomatik obyektlərini dərhal geri qaytarmalıdır”.

Teleqraf.com "Sputnik"-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun düşmənçilik aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib:

“ABŞ bu tələbi yerinə yetirməyəcəyi təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək”.

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər