Ermənistan parlamentinin yeni sədri Ara Babloyan sələflərindən fərqli olaraq deputatların nizam-intizamı ilə bağlı tələbkar mövqe seçib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, keçmiş spikerlər parlamentin iclaslarında iştirak etməyən deputatlara loyal münasibət göstərsə də, maydan etibarən sədr vəzifəsində olan Babloyan millət vəkillərinə qarşı sərt tədbirlərə əl atıb. O, nəinki parlamentin ümumi iclaslarını qaçıran, hətta komitə iclaslarında iştirak etməyən deputatların maaşını kəsməyi əmr edib. Partiya mənsubiyyəti nəzərə alınmadan bu qaydanın hər kəsə eyni şəkildə tətbiq ediləcəyi deyilir.