6 Sentyabr 2017 20:42
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Melitopoliya şəhərindən olan 18 yaşlı tələbə Yuliya pulsuz elanlar saytında qeyri-adi elan verib.

Teleqraf.com xəbər verir ki, Yuliya adlı qız bakirəliyini 50 min qrivnə ( Təxminən 3 min AZN) satışa çıxarıb.

Elanda adını Yuliya olaraq qeyd edən gənc qız başlığa "bakirəlik satılır" sözünü çıxarıb. Bakirəliyini ciddi bir kişiyə satmaq istədiyini bildirən Yuliya təcili pula ehtiyacı olduğu üçün belə bir üsula əl atdığını bildirib.

"Gec-tez bakirəliyimlə vidalaşacam. Sərxoş olub bakirəliyimi itirməkdənsə, bunu pul qarşılığında etmək daha yaxşıdır", deyə qız elanda qeyd edir.

Elanda Yuliya görüş yerinin Melitopol olacağını, yeri özünün seçəcəyini deyib. Gənc qız əldə edəcəyi pulu əyləncəyə yox, yaxşı işlərə xərcləyəcəyini qeyd edib. Yuliya namizədlərlə "Skype" vasitəsilə əlaqə saxlayacaq. Təhlükəsizlik məqsədi ilə Yuliyanın bir dostu müştərini görüb ödənişi alacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər