8 Sentyabr 2017 17:14
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:21

Bu gün səhər saatlarında baş verən güclü zəlzələdən sonra Meksikada sunami xəbərdarlığı elan edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, seysmoloqlar hazırda Meksika sahillərində dalğanın hündürlüyünün 3 metrə çatdığını bildiriblər.

ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbindən 96 km məsafədə, ocağı isə 35 km dərinlikdə olub.

Zəlzələ Meksika ilə yanaşı, Honduras, Ekvador, Quatemala, Nikaraqua və Panamada da hiss olunub.

***

Bu gün səhər saatlarında Meksikada baş verən 8,2 bal gücündə zəlzələdən sonra meydana gələn dağıntılardan sonra ölənlərin sayı durmadan artır.

Son məlumatlarda zəlzələ nəticəsində 26 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ən böyük dağıntılar Oakaxa ştatında qeydə alınıb.


Müəllif: Samir

Oxşar xəbərlər