Hollivudun tanınmış aktyoru Corc Kluni vəkil həyat yoldaşı Amal Klunini Azərbaycana gəlməyə qoymayıb.
Teleqraf.com xəbər verir ki, aktyor bunu ermənilərin hüquqlarını müdafiə edən arvadını qorumaq üçün etdiyini deyib:
“Amal Maldivin keçmiş prezidenti Mohammed Naşedin həbsdən azad olunması üçün Maldiv adalarında idi. O, Maldiv adalarını tərk edəndən sonra Azərbaycana getmək istədi. Lakin Azərbaycanda yoldaşımın erməni müdafiəçisi olduğunu bilirlər. Buna görə onu Azərbaycana getməyə qoymadım”.
Qeyd edək ki, o, Avropa Məhkəməsində ermənilərin maraqlarını müdafiə edir. Eyni zamanda Amal Kluni “erməni soyqırımı”nı açıq-aşkar inkar edən siyasətçi Doğu Perinçəkin əleyhinə çıxışlarıyla tanınır.