Dünyada ən qonaqpərvər olmayan ölkələrinin siyahısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, siyahıya Əfqanıstan, Şimali Koreya, Somali, Suriya və Türkmənistan liderlik edirlər.
“Passport Index” şirkətinin hazırladığı reytinqində yer almış bu ölkələrə heç bir əcnəbini vizasız qəbul etmir.
Reytinqdə ikinci yerdə Anqola qərarlaşıb. Bu ölkəyə yalnız Namibiya vətəndaşları vizasız daxil olmaq hüququna malikdir.
Üçüncü sırada isə Butan, Ekvatorial Qvineya, Eritreya, İraq və Liviya yer alıb. Bu ölkələrin hər biri yalnız 3 ölkə vətəndaşlarına vizasız daxilolma icazəsi verib.
Qeyd edək ki, bir müddət əvvəl ən qonaqpərvər ölkələrin reytinqi açıqlanmışdı. Qeyd olunmuşdu ki, Komor adaları, Kot-d’İvuar, Qvineya-Bisau, Madaqaskar, Maldiv adaları, Mavritaniya, Mikroneziya, Mozambik, Samoa, Seyşel adaları, Şərqi Timor, Toqo, Tuvalu və Uqandaya dünyanın bütün ölkələrinin vətəndaşları vizasız daxil ola bilər.