Meksikada bir qrup tələbə həbsdə saxlanılan yoldaşlarının azad olunması üçün hərəkətə keçiblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tələbələr ilk olaraq, 30 min ton yanacaq daşıyan iki yük avtomobilini və 2 sərnişin avtobusunu qaçırıblar.
Bundan sonra qrup onları saxlamaq istəyən 4 təhlükəsizlik işçisini və bir polis avtomobilini ələ keçirib. Bundan sonra gənclər Mexikodakı universitetlərdən birinə sığınıblar.
Bununla bağlı Meksika polisinin nümayəndəsi Roberto Alvarez məlumat verib.
Onun sözlərinə görə, qrup üzvləri bir neçə gün əvvəl saxlanan 10 tələbənin azadlığa buraxılmasını tələb edirlər.
Hazırda qrup üzvləri ilə danışıqlar davam edir.