17 Sentyabr 2017 09:55
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Heydər əl-İbadi İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyini hərbi müdaxilə ilə hədələyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Baş nazir kürdlərin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum aktının zorakılığa yol açacağı təqdirdə bölgəyə hərbi müdaxilə edəcəklərini bəyan edib: “Biz buna hazır vəziyyətdəyik”.

Qeyd edək ki, İraq kürd muxtar bölgəsinin lideri Məsud Bərzani sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti, ABŞ, Türkiyə, İran və bir sıra digər ölkələr Ərbildən referendumun qərarının ləğvini tələb edib.


Müəllif: Səxavət