24 Sentyabr 2017 22:31
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə NATO konvoyuna hücum edilib.

Teleqraf.com xəbər verir ki, hücum kənardan idarə edilən partayıcı maddə ilə həyata keçirilib, nəticədə 5 nəfər yaralanıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Nacib Danış deyib ki, NATO əsgərləri Kabilin rayonlarından birindən keçərkən avtomabilə qoyulan partlayıcı maddə işə salınıb.

Beş nəfərin yaralandığını bildirən Nacib Danış onların səhhətinin normal olduğunu söyləyib.

NATO-nun Əfqanıstan qərargahı bildirib ki, hücum zamanı itki verməyiblər.

Hücumu həyata keçirən Taliban Hərəkatı isə azı 16 hərbçinin yaralanıb və ya öldüyünü bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər