25 Sentyabr 2017 09:38
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhaniyə zəng edib.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı prezidentlər İraq Kürd Muxtariyyətinin bu gün keçirdiyi müstəqilliyə dair referendum və bunun mənfi nəticələrini müzakirə ediblər.

Onlar bildiriblər ki, əgər İraq Kürdistan Muxtariyyətinin rəhbərliyi referendumla bağlı qərarı ləğv etməsə, onların bu addımı bölgədə hərc-mərcliyə gətirib çıxaracaq: “Hesab edirik ki, İraqın milli birliyi və onun ərazi bütövlüyü qorunub saxlanılmalıdır. Bu referendum regionda xaosa və sabitliyin pozulmasına səbəb ola bilər. Bu isə yolverilməzdir”.

İki ölkə lideri arasında telefon danışığı Türkiyə prezidentinin İrana səfərindən iki gün əvvələ təsadüf edib. Ərdoğanın İrana rəsmi səfəri oktyabrın 4-ə planlaşdırılıb.


Müəllif: Samir

Oxşar xəbərlər