İran İslam Respublikası İraq kürdlərinin keçirdiyi referendumu və onun nəticələrini tanımır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında üç gün əvvəl İraq Kürdüstanında keçirilmiş müstəqillik referendumuna münasibət bildirərkən deyib:
“Kürdüstanın İraqdan ayrılması üçün keçirilmiş müstəqillik referendumu bölgənin sabitliyinə qarşı böyük bir təhlükədir. Bu, həm də çox ciddi strateji səhvdir. Biz isə bunu rədd edirik. Hesab edirik ki, İraqın ərazi bütövlüyü qorunub saxlanılmalıdır”.
Sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib.