“ABŞ nəinki Moskvanı sanksiyalarla cəzalandırmalı idi, eyni zamanda Kiyevidə hərbi yardımla təmin etməli idi.
Bu açıqlama ilə ABŞ senatoru Silahlı Qüvvələr üzrə Komitənin üzvü Lindsi Qrem çıxış edib. O, Barak Obamanın Ukrayna və Rusiyaya qarşı siyasətini sərt tənqid edib:
“Ukrayna aylardır ki, bizdən silahlı yardım istəyir. Biz isə hələ də bu barədə fikirləşir. Dəqiq bir qərara gələ bilmirik. Əgər mən Barak Obamanın yerinə olsaydım Konqresə gələrək, Rusiya iqtisadiyyatına qarşı çağırış edərdim”.
Xatırladaq ki, buna oxşar bəyanatla prezidentli namizəd Con Makkeyndə çıxış etmişdi./axar/