Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri noyabrın 1-də Yəmənə güclü avia zərbələr endiriblər.
Teleqraf.com xəbər verir ki, hücumlar nəticəsində Yəmənin şimalındakı Səda əyalətində 21 nəfər həlak olub, çoxlu sayda yaralı var.
Ölənlərin sayının artacağı ehtimal edilir.