4 Noyabr 2017 17:26
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə daha bir Almaniya vətəndaşını azadlığa buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Berlində çıxışı zamanı deyib.

XİN təmsilçisinin sözlərinə görə, azadlığa buraxılan şəxs qadındır. Onun oktyabrın 22-də həbsdən azad edildiyi bildirilir. Sərbərst buraxılan şəxsin adı öz istəyi əsasında açıqlanmayıb.

Qeyd edək ki, Türkiyədə 10-dan çox alman vətəndaşı həbs edilib. Onların bəziləri siyasi səbəblərdən saxlanılıb.

İyul ayında Böyükada şəhərində həbs edilən alman kəşfiyyat mütəxəssisi Peter Steudtner oktyabrın 25-də həbsdən buraxılıb və hazırda Almaniyadadır.


Müəllif: Cavad

Oxşar xəbərlər