Səudiyyə Ərəbistanı Bəhreynə gedən neft kəmərini bağlayıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb kəmərin zədələnməsidir.
Krallığın Enerji Nazirliyindən bildiriblər ki, kəmər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Neft kəmərinin ekstremistlər tərəfindən partladıldığı bildirilir.