13 Noyabr 2017 10:20
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ölkədə baş verən dəhşətli zəlzələdən sonra “Press TV” telekanalı vasitəsilə birbaşa yayıma qoşulub.

Teleqraf.com xəbər verir ki, Ruhani zəlzələ nəticəsində ölənlərin ailələrinə başsağlığı, yaralılara şəfa diləyib.

Ruhanidən sonra İranın Ali dini lideri Ayətullah Əli Xameneyi dövlət qurumlarına tapşırıq verib.

Tapşırığa əsasən, bütün dövlət qurumları zəlzələdən əziyyət çəkən şəxslərə yardım etməldir. Bundan başqa, zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün xüsusi qurum yaradılacaq.

Xameneyi də zəlzələ nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.


Müəllif: Samir

Oxşar xəbərlər