17 Noyabr 2017 23:30
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsveçin ikinci böyük şəhəri olan Göteborqda Avropa Birliyinin zirvə görüşü öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, zirvə görüşündə Avropa Birliyinin 24 dövlətinin prezidentləri və hökumət başçıları iştirak edir.

Zirvənin keçirildiyi Hisingen bölgəsində yerləşən Erikberq İdman Kompleksinin ətrafını polis və hərbçilər nəzarətə götürüb.

Göteborq şəhərinin bir hissəsinin yolları bağlanıb, iş yerlərinin çoxu fəaliyyətini dayandırıb. Eyni zamanda şəhər sakinlərinə evlərindən bayıra çıxmamaq tövsiyyə olunub.

Avropa Birliyi liderlərinin toplantısında əsasən işsizlik problemi, genişlənmə, Avropa Birliyi daxilində mövcud olan problemlər müzakirə edilir.

Zirvə toplantısı 2001-ci ildən keçirilir. Lakin bu dəfəki, toplantı zamanı həddən artıq təhlükəsizlik tədbirlərinin görülməsi insanların etirazına səbəb olub. Üstəlik bəlli olub ki, bu toplantı İsveçə 10 milyon avroya başa gələcək.


Müəllif: Cavad

Oxşar xəbərlər