Yunanıstanda “Ruvikonas” adlı anarxist təşkilatın fəalları Afinada Müdafiə Nazirliyinin binasına daxil olublar.
Teleqraf.com xəbər verir ki, 20-yə yaxın anarxist nazirliyin binasına daxil olduqdan sonra bəzi şüarlar səsləndiriblər.
Təşkilat özünün internet səhifəsində bəyan edib ki, atdıqları addım düzdür: “Dövlətə və dərin dövlətə qarşı müdaxilə yolunu seçdik. Ordu illərdir ki, dərin dövlətin planladığı imperialist və geopolitik strtegiyalar üçün istifadə olunur”.
Qeyd edək ki, “Ruvikonas” şəbəkəsinin anarxist fəalları indiyə qədər Türkiyənin Yunanıstandakı təmsilçiliklərinə qarşı hücumlarda aktiv iştirak edib.