1 May 13:30
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilib. Şirkət Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir.


Müəllif: Teleqraf.com