1 May 12:46
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kainatı yenidən ixtira etməliyik. Ən mühüm dəyərləri müəyyənləşdirməliyik. Bu forumların əhəmiyyəti böyükdür. Amma biz dialoqda da kənarına çıxıb hədəfimizi müəyyənləşdirib ona doğru irəliləməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan Kristof Bas Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O təklif edib ki, forumun nəticəsində çoxtərəfli iştirakçılarla birgə qlobal sazişi həyata keçirməklə bağlı ciddi addım atılmalıdır.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov plenar sessiyasında çıxışı zamanı deyib ki, əsrlər boyu biz ölkəmizi ən tolerant ölkələrdən biri kimi təqdim etmişik: "Azərbaycan dünyada ümumi dəyərlərin mühafizəsinə öz töhfəsini verib. Bu mənada Heydər Əliyev Fondunun işini xüsusi qeyd etmək istəyirəm. Fond olaraq beynəlxalq təşkilatlarla birgə bir çox layihələr həyata keçirmişik. Dünyanın bir çox yerlərində xristian abidələrinin mühafizəsi sahəsində də işlərimiz çoxdur və onların bərpasına xeyli vəsait ayırmışıq. Parisdə yerləşən Lüvr muzeyində islam seksiyanın qurulması, Versal sarayının bərpasına töhfə və digər işlərimiz dediklərimə nümanədir".


Müəllif: Nərmin Muradova