1 May 13:39
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.

Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər “fövqəladə hal zonası”nın işıqlandırılmasını təşkil edərək, xüsusi alət və avadanlıqlar vasitəsilə “qəza zamanı deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com