1 May 11:47
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Biznes Universitetində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar.

Teleqraf.com Baku TV-yə istinadla xəbər verir ki, nəticədə onlar dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

“Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?”, - deyə tələbə öz narazılığını bildirib.

Narazılıq edənlər arasında qızlar da var. Onların sözlərinə görə, universitetdə bəzi geyimlərə də qadağa qoyublar.

Məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib ki, tələbələrin saqqala görə dərsə buraxılmamaları həqiqəti əks etdirmir.


Müəllif: Teleqraf.com