1 May 13:00
213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz parçalanmış dünyaya doğru irəliləyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada sərhədlərin olması qeyri-rasionaldır və onlar aradan qalxmalıdır: "Biz sərhədsiz zamanda yaşamalıyıq. Dünya yeni konsepsiyalarla idarə olunmalıdır. O aspektdə dövlətin rolu ikinci dərəcəyə keçəcək".

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.


Müəllif: Nərmin Muradova