Livan böhranı Yaxın Şərqin hüdudlarını aşaraq Avropaya təsir göstərməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Ər-Riyad Berlindəki səfirini geri çağırır. Səbəb Almaniya xarici işlər naziri Siqmar Qabrielin Livan baş naziri Səəd Həririnin istefasını sərt tənqid etməsidir.
Səudiyyə Ərəbistanı ayrıca Almaniyanın Ər-Riyaddakı səfirinə nota təqdim etməyi də planlayır.
Səudiyyə Ərəbistanın dövlət agentliyi SPA-da çıxan məqalədə Almaniya xarici işlər nazirinin tənqidləri “haqsız və çirkin” ifadələrlə qiymətləndirilib.
Qeyd edək ki, alman nazir Siqmar Qabriel açıqlamalarını Livanın xarici işlər və qaçqınlar üzrə naziri Qurban Bassil ilə bu həftə keçirdiyi görüşdən sonra mətbuat konfransında verib. Alman nazir Ər-Riyaddan Həririni buraxmağa çağırıb.
Dünən gecə isə Ər-Riyaddan Parisə uçan Səəd Həriri bu səfəri barədə Tvitterdə məlumat yayıb.