18 Noyabr 2017 19:29
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın A-100 çoxfunksiyalı aviasiya kompleksi bu gün ilk dəfə səmaya qalxıb.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Veqa" konserninin mətbuat xidmətindən bildiriblər.

"Uçan radar" adlandırılan A-100-ün əsas funksiyaları havadan radiolakasiya kəşfiyyatı və müşahidə aparmaqdır.

Qeyd edək ki, А-100 aviasiya kompleksi İl-76MD-90А hərbi-nəqliyyat təyyarəsinin bazasında hazırlanıb. Təyyarədə antenna sistemli müqavimət sipəri və yeni nəsl xüsusi radiotexniki avadanlıqlar quraşdırılıb. Havadakı və digər hədəfləri aşkarlayan və izləyən təyyarə hava, su və qurudakı əməliyyatlar zamanı qırıcı və zərbə aviasiyasının idarə edilməsində də iştirak edəcək.

Yeni təyyarə 2020-ci ildə ordunun istifadəsinə veriləcək və А-50 və и А-50U aviakomplekslərini əvəz edəcək.


Müəllif: Nahid

Oxşar xəbərlər