NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən həqarətə görə üzr istəyib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Y. Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng vuraraq baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını ifadə edib və üzrxahlıq edib.
Y.Stoltenberq Türkiyə dövlət başçısının diqqətinə çatdırıb ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi dərhal vəzifəsindən uzaqlaşdırılıb.
Baş katibi Türkiyəni NATO-nun mühüm tərəfdaşı olduğunu, insidentin Türkiyə-NATO münasibətlərinə zərər gətirməyəcəyinə ümid etdiyini və bir daha belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görüldüyünü ifadə edib.
Türkiyə prezidenti bundan əvvəl NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina etmişdi.
Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.