Keçən həftələrdən birində ABŞ Prezidenti Donald Trampın Tvitter hesabını 11 dəqiqə bloklayan şəxsin kimliyi açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, türk əsilli Almaniya vətəndaşı Bəxtiyar Duysakdır.
Duysak məsələ ilə bağlı ilk dəfə açıqlama verib. O bildirib ki, ABŞ-a tələbə vizası ilə gedib və Tvitterlə əməkdaşlıq edir.
Duysakın sözlərinə görə, Trampın Tvitter hesabının dondurulması üçün 1 həftə çalışıb.