ABŞ-ın Sakit okeanda yerləşən Havay adalarından ibarət 50-ci ştatında soyuq müharibədən sonra ilk dəfə nüvə hücumu xəbərdarlığı edən həyəcan siqnalı verilib.
Teleqraf.com xəbər verir ki, bununla nüvə hücumuna insanların reaksiyası test edilib.
Bu ərazidə mütəmadi olaraq sunami və digər təbii fəlakətlər haqda öncədən məlumat verən siqnallar işə düşür. Ancaq nüvə hücumu xəbərdarlığı onlardan tam fərqlidir.
Xəbərə görə, nüvə hücumu siqnallarından sonra ada sakinləri və turistlərin qapalı yerlərə girməsi tələb edilib.
Ştatın rəsmi nümayəndəsi Vern Miyagi bildirib ki, xəbərdarlıq siqnallarından sonra insanlar ayıq olub və siqnalın mənasını anlayıblar: “Bu isə mühüm əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, Şimali Koreya noyabrın 28-də təcrübə keçirdiyi qitələrarası balistik raket 4477 kilometr hündürlüyündə 950 kilometr məsafəni qət edib. Məlumata görə, 15 balistik mühərrikdən çıxan raket 53 dəqiqə məsafəni qət edərək Vaşinqtona çata bilər.