Brüsseldə Böyük Britaniya və Avropa İttifaqı arasında “Brexit”in şərtləri barədə keçirilən danışıqlar nəticəsiz olub.
Teleqraf.com xəbər verir ki, Britaniyanın Baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker birgə mətbuat konfransında təsdiqləyiblər ki, müzakirələrin dostluq atmosferində keçməsinə baxmayaraq, yekun razılaşma əldə olunmayıb.
Tereza Meyin sözlərinə görə, danışıqlarda irəliləyiş var, lakin bir neçə məsələdə fikir ayrılıqları qalmaqdadır.
Digər problemlər həllini tapmayana qədər Avropa İttifaqı Britaniya ilə ticarət münasibətlərinin necə qurulacağını müzakirə etmək istəmir. Söhbət ilk növbədə Aİ vətəndaşlarının hüquqlarından, Böyük Britaniyanın ayrılmadan sonra maliyyə ödəmələrindən, habelə İrlandiya sərhədi məsələsindən gedir.