ABŞ Prezidenti Donald Tramp yəhudilərin Hanuka bayramı ilə bağlı təşkil olunmuş tədbirdə iştirak edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tədbirə 300 yəhudi qatılıb.
Tramp çıxışında İsrail xalqını təbrik edib: “İsrail xalqının yanında olmaqdan və davamlı əlaqələrimizi genişləndirməkdən qürur duyuram. İnanıram ki, Qüds qərarı tarixə keçəcək. Hazırda baş verənlərin Qüds və İsraildə sevinclə qarşılandığını düşünürəm”.
Tədbirdə Trampın həyat yoldaşı Melaniya, qızı İvanka, kürəkəni Cared Kuşner, nəvələri Arabella, Cozef və Teador da iştirak edib.