İsrail əsgərləri tərəfindən gözləri bağlanaraq aparılan Qüds dirənişinin 16 yaşlı simvolu Fevzi əl-Cuneydinin həbsi hərbi məhkəmə tərəfindən 3 gün uzadılıb.
Teleqraf.com xəbər verir ki, Ramallah yaxınlığındakı Ofer Hərbi Həbsxanasında qurulan məhkəmədə prokurorlar saxlanılan şəxs barədə cinayət materiallarının toplanması üçün hakimdən vaxt istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki, yeniyetmənin 25 əsgər tərəfindən saxlanılması sosial şəbəkədə ciddi narazılığa səbəb olub.