1 Avqust 2014 23:37
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı “aqressiv diplomat” ləqəbi ilə tanınan Con Tefftin ABŞ-ın Rusiyada rəsmi səfiri olmasını təsdiq edib.


Axar.az xəbər verir ki, Kremlin xarici siyasət məsləhətçisi Yuri Uşakov rəsmi Vaşinqtonun Tefftin səfirlik təklifini qəbul etdiklərini söyləyib.

Mövzuyla əlaqədar açıqlamasında Uşakov, “Mən cənab Teffti yaxşı tanıyıram. Fikrimcə, peşəkar diplomatdır. Rusiyanı yaxşı tanıyır və rus dilini mükəmməl bilir”, - deyə “aqressiv diplomat” haqqında müsbət rəy söyləyib. Tefftin daha öncə Gürcüstan və Ukraynada səfir olduğunu deyən Kreml sözçüsü ABŞ diplomatı haqqında ağızdolusu danışıb:


“Cənab Tefftin Gürcüstan və Ukraynada necə işlədiyi haqqında danışmağa ehtiyac yoxdur. Çünki bunu hər kəs yaxşı bilir”.


Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol ailəvi vəziyyətinə görə fevral ayında vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Tefft 1996-1999-cu illərdə ABŞ-ın Rusiyadakı səfirinin köməkçisi, 2000-2003-cü illərdə ABŞ-ın Litvada səfiri, 2005-2009-cu illərdə ABŞ-ın Gürcüstanda səfiri və 2009-2013-cü illərində Ukraynada səfir vəzifəsində çalışıb. Ekspertlər ABŞ diplomatının danışıqlarda kompromisə getməyən sərt siyasətçi olduğunu bildirir. Tefft daha əvvəl dəfələrlə Rusiyanın siyasətini tənqid edib.


Müəllif:

Oxşar xəbərlər