Türkiyənin Alanya şəhərində 36 yaşlı Əhməd B. qızqaçırma məsələsinə görə aralarında problem olan Vedat K. (41) və Sedat K. (44) qardaşlarının dükana hücum çəkib.
Teleqraf.com xəbər verir ki, Əhməd B. mübahisə zəminində odlu silahla qardaşlara atəş açıb. Güllə qardaşların yanından ötüb, Vedat K. silahlı şəxsi təpiklə yerə yıxıb. Bu zaman silah B.Əhmədin əlindən yerə düşüb. Vedat K. dərhal silahı yerdən götürərək silahlı şəxsin başına zərbələr endirib. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan B.Əhməd ilkin tibbi müayinədən sonra polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.