20 Dekabr 2017 10:51
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonu istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Feysbuk hesabında açıq məktubun video-yazısını yayımlayıb.

Saakaşvili ukraynalı diplomatların Poroşenkoya inamının itdiyini vurğulayıb:

“Mən sizə yardım etmək istədim. Ancaq indi Ukraynanı xilas etmək vaxtıdır. Poroşenko etiraf etməlidir ki, o və tərəfdarları Ukraynanı yaxşılığa doğru dəyişmək iqtidarında deyillər”.


Müəllif: Samir

Oxşar xəbərlər