Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) məhkəmə prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən 15 nəfərdən 4-ü cəzalarını ciddi, 11-i isə ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə ömürlük azadlıqdan məhrum ediliblər.
FETÖ-çülər AKP-nin İstanbul filialını ələ keçirməkdə iştirak ediblər. Onlar ölkənin konstitusiya quruluşunu dəyişdirməyə çalışmaqda ttiham olunublar.