21 Dekabr 2017 23:11
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsinə dair qətnamə ilə bağlı səsvermə siyahısı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.

35 dövlət isə bitərəf qalıb. Aralarında Azərbaycan olmaqla 128 dövlət sənədin lehinə səs verib.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə təşkil edilən mətbuat konfransında üç ölkənin səsvermədə vahid mövqe sərgiləyəcəyini, qətnamənin lehinə səs verəcəyini bildirmişdi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər