22 Dekabr 2017 14:13
3 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Qüds qərarından sonra açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, BMT Baş Assambleyasının qərarını alqışlayıb və bildirib ki, BMT bu qərarla ABŞ-ın hüquqdan kənar addım atdığını bir daha sübut etdi:

“Dünyanın 5-dən böyük olduğunu dediyimiz zaman bu vəziyyəti nəzərdə tuturduq. Dünya 5-dən 196 dəfə böyükdür. Səsvermədən sonra ABŞ rəhbərliyi telefon zəngləri ilə qərar lahiyəsinin lehinə səs verənləri təhdid edib. İnsanlığı və demokratiyanı pul ilə əldə etməyə çalışanlar dərslərini alacaqlar”.

Ərdoğan Türkiyə və ABŞ arasında əlaqələrin yaxşılaşdırılması üçün şərtini də açıqlayıb: “Hislərimizə hörmət göstərilməsi şərtilə birlikdə çalışmaqdan məmnunluq duyarıq”.


Müəllif: Samir