22 Dekabr 2017 16:23
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin Prezidenti Mahmud Abbas fransalı həmkarı Emmanuel Makronla Parisdə mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Abbas Makronla görüşü zamanı BMT Baş Assambleyasının Qüds qərarını müzakirə etdiyini bildirib. O qeyd edib ki, Fələstin dövləti ABŞ-ın heç bir planını qəbul etməyəcək: “Artıq ABŞ Yaxın Şərqdə vasitəçi deyil. Özlərini disklifikasiya etdilər”.

Fransa prezidenti də öz növbəsində Fələstinin müstəqilliyini tanıyacaqlarını elan edib.

Qeyd edək ki, BMT-də səsvermə zamanı 128 ölkə ABŞ-a qarşı çıxıb. 9 ölkə Vaşinqtonu dəstəkləyib. 35 ölkə tərəfsiz qalıb. 21 ölkə isə səsverməyə qatılmayıb.


Müəllif: Samir

Oxşar xəbərlər