Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Unicom” şirkəti məlumatların “4G” texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb.
Teleqraf.com "ICTnyus"a istinadən xəbər verir ki, şirkət öz hədəfinə nail olmaq üçün “Snapdragon X20 Cat.18” modemi ilə təchiz edilmiş yeni “Qualcomm Snapdragon 845” prosessorundan istifadə edib.
Teleqraf.com xəbər verir ki, “China Unicom” şirkəti sınaqlar zamanı 1155,8 Mbit/s sürətə nail olub. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, indi rekord göstərici hesab edilir.